Türkiyənin Afrikada artan mövqeyi Fransada gündəm olub.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzeti yazı dərc edib.
Qəzetin yayımladığı təhlildə mayın 25-də keçirilən “Türkiyə Afrika Media Zirvəsi”ni xatırladaraq, Türkiyənin fransızdilli Afrika ölkələri üçün yeni hazırlıqlar apardığını qeyd edib.
Yazıda Ankaranın Afrikadakı media varlığını gücləndirməyi hədəflədiyi deyilir.
Türkiyənin bir çox Afrika ölkəsi üçün mühüm tərəfdaş olduğunu deyən Fransa bundan narahat olduğunu ifadə edib. Türkiyənin Afrikadakı yüksəlişinin eyni zamanda iqtisadi və siyasi əlaqələrdə də intensivləşdiyi xüsusi vurğulanıb.
“20 illik ticarət 5 milyard dollardan 25 milyard dollara yüksəlib. Türk Hava Yolları hazırda qitədə 62 hava limanı ilə digər xarici avrişirkətlərdən daha çox xidmət göstərir” kimi ifadələr yer alıb.
QAZİLER.AZ
