Hindistanda qadın onun ad gününə gecikən sevgilisini bıçaqlayıb.
Qaziler.az bildirir ki, bu barədə The Times of India məlumat verib.
Hindistan sakini gecikdiyi üçün sevgilisini boğazından bıçaqlayayıb. Xoşbəxtlikdən kişinin həyatı xilas edilə bilib.
Sevgililər qadının ad gününü qeyd etmək üçün restoranda görüşməyi nəzərdə tutsalar da kişi vaxtında ora gəlməyib. Görüş yerinə iki saat gecikən kişinin üstəlik sərxoş olması qadını hövsələdən çıxarır. Cütlük mübahisə edərkən kişinin qadına sillə vurması daşan səbrin son damlası olur. Qadın üzərində gəzdirdiyi əl işləri üçün nəzərdə tutulan bıçağı sevgilisinin boğaz nahiyəsinə sancıb.
Ağır yaralanan şəxs xəstəxanaya çatdırılıb. Onun ifadəsi əsasında qadına qarşı adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb.
QAZİLER.AZ