Əfqanıstanın paytaxtı Kabildə çinlilərin qaldığı hotelə iki dəfə silahlı hücum olub.
Qaziler.az bildirir ki, hadisə şahidlərinin sözlərinə görə, Şəhri-nev bölgəsinə iki dəfə silahlı hücum olub.
Hücum edənlərin otelə girərək qarşılarına çıxanlara atəş açdığı bildirilir. Partlayış və atəş səslərinin eşidildiyi bölgəyə çoxlu sayda Taliban üzvü cəlb edilib.
Sosial mediaya paylaşılan görüntülərdə yanğının baş verdiyi hoteldən qatı tüstünün qalxdığı əks olunub.
QAZİLER.AZ