Almaniya kansleri Putinlə danışıqları zəruri hesab edir

Almaniya kansleri Putinlə danışıqları zəruri hesab edir backend

Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə əlaqəni davam etdirməyi zəruri hesab edir.

 

Modern.az xəbər verir ki, bu barədə Şolts Potsdamda seçicilərlə söhbət zamanı bildirib.

 

"Bizim fikirlərimiz tamamilə fərqlənir, lakin mən bu vəziyyətdən çıxış yolunu axtarıb, Putinlə danışmağa davam edəcəyəm. Əgər onunla danışmasam, istədiyim alınmayacaq", - Şolts qeyd edib.

 

Almaniya kansleri onu da vurğulayıb ki, Putinlə apardığı söhbətlər həmişə nəzakətli olub: "Heç kim telefonda qışqırmır".

 

Şolt, həmçinin rus dilini öyrənməyə çalışdığını, amma əlifbadan başqa heç nə öyrənə bilmədiyini söyləyib: "Lakin Vladimir Putin alman dilini çox yaxşı bildiyi üçün onunla danışıqlarda tərcüməyə ehtiyac yoxdur".

Diaspora