Bayden "Ölüm taciri" ilə bağlı fərman imzalayıb

Bayden "Ölüm taciri" ilə bağlı fərman imzalayıb backend

ABŞ prezidenti Cozef Bayden Amerika həbsxanasından azad edilən rusiyalı Viktor Butun əfv edilməsi haqqında fərman imzalayıb.

Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, fərman ABŞ Ədliyyə Nazirliyinin saytında dərc edilib. Bayden fərmanı dekabrın 2-də imzalayıb.

Sənəddə qeyd olunur ki, Butun ABŞ-a qayıtması, habelə onun həyatı ilə bağlı yazılmış bədii ədəbiyyat və ya digər əsərlərdən gəlir əldə etmək qadağan ediləcək.

Baydenin əmrində deyilir ki, Viktor But ölkədən könüllü və ya qeyri-iradi çıxarıldıqdan sonra Birləşmiş Ştatlara qayıtmamalıdır.

Son 15 ildə ABŞ vətəndaşlarını öldürməkdə və terrorizmi dəstəkləməkdə ittiham olunaraq Amerika həbsxanasında olan rusiyalı sahibkar, Rusiyada narkotik qaçaqmalçılığına görə məhkum edilən amerikalı basketbolçu Britni Qrinerlə dəyişdirilib. Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Vaşinqton bu mübadilə üzrə dialoqdan qəti şəkildə imtina etsə də, Rusiya danışıqları davam etdirib.

QAZİLER.AZ

Diaspora