Zelenskidən Rusiyaya ağır ittiham: "Ukraynadan qaçırılan uşaqlarımızı..."

Zelenskidən Rusiyaya ağır ittiham:  "Ukraynadan qaçırılan uşaqlarımızı..." backend

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə keçirilən “Qaranlıq zamanda insan hüquqları” mövzusunda konfransda iştirak edib.

Qaziler.az CNN Türk-ə istinadla xəbər verir ki, Ukrayna lideri konfransda bir sıra açıqlamaları ilə diqqət çəkib:

“Fevralın 24-dən etibarən Rusiya ordusu tərəfindən atılan bütün raketlərin 62 faizi mülki şəxsləri hədəf alıb. Müasir işgəncə düşərgələri və kütləvi məzarlıqlar aşkarlanıb. İki milyondan çox insan ölkəsindən didərgin düşüb. Ukraynadan qaçırılan uşaqlarımız qanundan kənar rus ailələrinə övladlığa verilib. İşğal altında olan torpaqlarda yaşayan Ukrayna vətəndaşları Rusiya ordusunda döyüşməyə məcbur edilirlər. Bütün bunlar həqiqətdir. Çox dəhşətli cinayətlər törədilib, insanların gələcəkləri, həyatları məhv edilib”, - deyə Zelenski çıxış edib.

QAZİLER.AZ

Diaspora