İranın məşhur sünni din xadimlərindən olan Əbdülvahid Riqinin öldürüldüyü iddia edilir.
Qaziler.az xəbər verir ki, bu barədə İRNA Sistan-Bəlucistan Təhlükəsizlik Şurasının bəyanatına istinadla məlumat yayıb.
İmam Hüseyn məscidinin sünni imamı Əbdülvahid Riqinin dünən İranın cənub şərqindəki Sistan-Bəlucistan əyalətindəki Haş şəhərində naməlum şəxslər tərəfindən qaçırılaraq öldürüldüyü deyilir.
Sosial mediada paylaşılan görüntülərdə isə hədis aliminin cəsədinin bu gün cümə namazından sonra yol kənarında aşkarlandığı qeyd edilib.
QAZİLER.AZ

