Perunun keçmiş prezidenti Meksikaya qaça bilmədi

Perunun keçmiş prezidenti Meksikaya qaça bilmədi backend

Peru parlamentini çevrilişdə ittiham etdikdən sonra həmin parlament tərəfindən vəzifəsindən uzaqlaşdırılan keçmiş prezident Pedro Castilionun Meksikadan sığınacaq istədiyi ortaya çıxıb.

Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Meksikanın xarici işlər naziri Marselo Ebrard açıqlama verib.

O, Pedro Kastillonun sığınacaq istəmək üçün əvvəlcə Meksikanın Limadakı səfiri Pablo Monraya zəng etdiyini, daha sonra polislər tərəfindən saxlanıldığını bildirib.

Qeyd edək ki, Perunun keçmiş prezidenti bu gün səhər saatlarında həbs edilərək Perunun paytaxtı Limadakı Barbadillo həbsxanasında saxlanılır.

QAZİLER.AZ

Diaspora