Türkiyədə bağçadakı şiddəti görən analar dəhşətə gəldi - VİDEO

Türkiyədə bağçadakı şiddəti görən analar dəhşətə gəldi - VİDEO backend

Türkiyənin Tekirdağ bölgəsində fəaliyyət göstərən uşaq bağçasında azyaşlıların şiddətə məruz qaldığı məlum olub.

Qaziler.az “ensonhaber.com”a istinadla xəbər verir ki, hadisə bir ana tərəfindən aşkarlanıb.

Belə ki, ana evdə gəlinciyi ilə oynayan qızının hərəkətlərində qəribəlik müşahidə edib. Uşaq gəlinciyinin əllərini arxadan bağlayaraq yatırtmağa çalışıb. Ana övladından niyə belə etdiyini soruşduqda, bağçada baxıcıların yatmayan uşaqları bu şəkildə yatırtdığını bildirib.

Bundan narahat olan ana digər valideynlərlə əlaqə saxlayıb. Uşaqların bağçada gördükləri şiddət hadisələrinin üstüstə düşdüyünü müəyyənləşdirəndən sonra polisə müraciət edilib. Polis məsələnin araşdırılması üçün bağcanın təhlükəsizlik kameralarını nəzarətə alıb və ortaya uşaqları şiddətə məruz qoyan baxıcıların görüntüləri çıxıb.

QAZİLER.AZ

Diaspora