Ukraynaya "Leopard" tankları veriləcəkmi? - Almaniya tərəddüd edir

Ukraynaya "Leopard" tankları veriləcəkmi? - Almaniya tərəddüd edir backend

Almaniya Ukraynaya tankların tədarükü üçün Vaşinqton və digər tərəfdaşlarla danışıqları davam etdirir, lakin hələ də "Leopard 2" tanklarının təhvil verilməsi barədə qərar qəbul etməyib.

Qaziler.az bildirir ki, Ukrinform-a istinadən xəbər verir ki, bu barədə cümə günü keçirdiyi brifinqdə federal hökumətin mətbuat xidmətinin Kristine Hoffmann bildirib.

Xanım Hoffman brifinqdə NATO ölkələrindən və ya tərəfdaşlarından heç birinin hələlik Ukrayna Silahlı Qüvvələri üçün döyüş tankları vermədiyini xatırladıb.

Eyni zamanda, Hoffmann vurğulayıb ki, ABŞ heç vaxt “Leopard 2” döyüş tanklarının Ukraynaya təhvil verilməsini tələb və hətta xahiş belə etməyib.

QAZİLER.AZ

Diaspora