Putindən ABŞ-a: "Yüzlərlə raketimizin qarşısını almaq mümkün deyil" - VİDEO

Putindən ABŞ-a: "Yüzlərlə raketimizin qarşısını almaq mümkün deyil" - VİDEO backend

“Rusiya ABŞ-da olmayan hipersəs sistemləri ilə silahlanıb”.

Qaziler.az “news.ru”ya istinadla xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Bişkekdə keçirilən Avrasiya İqtisadi Şurasının sammitində bildirib. O vurğulayıb ki, Rusiya müntəzəm olaraq nüvə təlimləri keçirir və heç nəyi gizlətmir.

"Strategiyamız əks hücuma cavab formalaşdırır, burada heç bir sirr yoxdur. Bu, Rusiya Federasiyasına istiqamətlənən raketləri aşkar edən erkən xəbərdarlıq sistemidir. Daha sonra cavab başlayır. Biz müntəzəm olaraq nüvə təlimləri keçiririk. Tərəfdaşlarımızı bu haqda məlumatlandırırıq. Düşmən tərəfindən zərbə xəbərdarlığı alan kimi yüzlərlə raketimiz tərəfimizdən havaya qalxacaq. Onların qarşısını almaq isə mümkün deyil”, - Putin bildirib.

QAZİLER.AZ

Diaspora