Eyni kənddən olan 165 belçikalı lotereyada 143 milyon avro udub

Eyni kənddən olan 165 belçikalı lotereyada 143 milyon avro udub backend

Belçikada eyni kənddən olan 165 nəfərlik qrup EuroMillions lotereyasında birgə 143 milyon avrodan çox udub.

Qaziler.az bildirir ki, bu barədə BBC məlumat verib.

Belçikanın Antverpen əyalətindəki Olmen kəndinin sakinləri lotoreyaları yerli qəzet köşkündən alıblar.

Belçika Milli Lotereyasının məlumatına görə, onların hər biri təxminən 868 min avro udub. 

Milli Lotereyanın sözçüsü Couk Vermuir, qrup uduşlarının Belçikada nadir hallarda baş verdiyini söyləyib. "Lakin bu, indiyə qədərki ən böyük qrup uduşu idi".

QAZİLER.AZ

Diaspora