18 yaşlı universitet tələbəsi Ceylen Smit Arkanzas ştatının Erl şəhərinin bələdiyyə sədri seçilib.
Qaziler.az bildirir ki, universitet tələbəsi 18 yaşlı Caylen Smit 235 səslə şəhərin yeni bələdiyyə sədri seçilib.
ABŞ-ın ən gənc bələdiyyə başçılarından biri seçilən Smit həm də Afrika-Amerika Bələdiyyə Başçıları Assosiasiyasının ən gənc üzvü oldu.
İHA-nın xəbərinə görə, Earle Liseyini bitirən və təhsilini Arkanzas Dövlət Universitetində davam etdirən Smit, ictimai təhlükəsizlik və yeni iş sahələrinin yaradılması üçün fəaliyyətini davam etdirəcəyini bildirib.
QAZİLER,AZ

