Finlandiya və İsveç NATO-ya üzv olmağa hazırdır - Blinken

Finlandiya və İsveç NATO-ya üzv olmağa hazırdır -  Blinken backend

İsveç və Finlandiya tezliklə NATO-ya rəsmi olaraq qəbul ediləcək.

Qaziler.az bildirir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.

“Putin əslində NATO-nu daha da gücləndirdi. O, Ukraynadakı müharibədə artıq bir çox məsələlərdə uğursuzluğa düçar olub, Putin NATO-nu da zəiflədə biləcəyini düşünürdü. Finlandiya və İsveçin NATO-ya üzv olmaq istəyi onun aldanışı oldu”, - deyə Blinken bildirib.

Onun sözlərinə görə, bu ölkələr tezliklə NATO-ya qəbul olunacaqlar. Hələlik isə danışıqlar prosesi davam edir, ABŞ Finlandiya və İsveçi tam dəstəkləyəcək.

QAZİLER.AZ

 

Diaspora