Rusiyalı gəlin toy günü bəyi sinəsindən bıçaqladı

Rusiyalı gəlin toy günü bəyi sinəsindən bıçaqladı backend

Novorossiyskdə gəlin toy zamanı bəylə mübahisə edib və onu sinəsindən bıçaqlayıb.

Qaziler.az "Gazeta.ru"ya istinadən bildirir ki, Novorossiyskin 38 yaşlı yerli sakini olan qadın toy günü nişanlısına bıçaqla xəsarət yetirib.

Bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə 2022-ci il oktyabrında baş verib. Nikahdan sonra yeni evlənənlər toyu öz mənzillərində qeyd ediblər.

Ziyafət zamanı bəylə gəlin arasında dava düşüb. Nəticədə gəlin bəyi sinəsindən bıçaqlayıb.

Bundan sonra ev sahibəsi qonaqların yanına qayıdıb və heç nə olmamış kimi toyunu qeyd etməyə davam edib.

Yaralı bəy xəstəxanaya yerləşdirilib. Gəlini 10 ilə qədər həbs cəzası gözləyir.

QAZİLER.AZ 

 

 

 

Diaspora