Dünya Kubokunu izləyən çinli futbolsevərin üzü iflic oldu - FOTO

Dünya Kubokunu izləyən çinli futbolsevərin üzü iflic oldu - FOTO backend

Çində Dünya Kubokunun oyunlarını izləmək üçün gündə 2 saat yataraq işə gedən 26 yaşlı gəncin üzü iflic olub.

Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, Çində yaşayan Cao adlı bir gənc hər gün 18:00-06:00 saatları aralığında keçirilən oyunları izləyib.

Daha sonra saat 08:00-də motosikleti ilə işinə yollanıb. Matçları izləyərək cəmi 2 saat yuxu yatan gəncin sağlamlığında ciddi fəsad yaranıb.

Yerli mediaya açıqlama verən Cao: “Matça baxdıqdan sonra iki saat yatırdım və oyananda özümü çox yorğun hiss edirdim. Yuxusuz olduğumu düşünüb işimə davam edirdim. Motosiklet sürərkən soyuq havanın təsirindən dodaqlarımın yana doğru əyildiyini və göz qapaqlarımı hərəkət etdirə bilmədiyimi hiss etdim”, - deyə o danışıb.

Vəziyyətinin düzəlmədiyini görən 26 yaşlı gənc xəstəxanaya gedib və ona üz iflici olduğu deyilib.

Diaqnoza əsasən, yuxusuzluqla soyuq külək gəncin sinirlərinə təsir  edib və üzünün yarısına nəzarəti itirməsinə səbəb olub.

QAZİLER.AZ

Diaspora