Zelenski “ilin adamı”, Putin isə “ilin məğlubu” seçildi - “Politico”

Zelenski “ilin adamı”, Putin isə “ilin məğlubu” seçildi - “Politico” backend

“Politico” Avropanın ən nüfuzlu 28 şəxsiyyətinin reytinqini dərc edib. Ukrayna Prezidenti Volodimir Zelenski siyahıda ilk sırada yer alıb, lakin onun rusiyalı həmkarı Putin isə “ilin məğlubu” titulunu qazanıb.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, portalın yeni hesabatında deyilir:

“Avropa liderlərinin yaşıl köynək geyinən 44 yaşlı kişiylə təntənəli şəkil çəkdirmək üçün Kiyevə necə qaçdıqlarına baxın. Onun yanında dayanan siyasətçilər diqqət çəkməyə can atırlar. Zelenski Avropaya onun gələcəyinin Ukraynada olduğuna inandırdı. Lakin Rusiyanın işğalına kimi az adam buna inanırdı” - məlumatda qeyd edilib.

Reytinqdə ümumilikdə 28 siyasətçi yer alıb. Onların arasında İtaliyanın baş naziri Giorgia Meloni, Almaniyanın iqtisadiyyat naziri Robert Habek, Finlandiyanın baş naziri Sanna Marin və başqaları var. Vladimir Putin üçün də yer ayrılıb, ancaq “ilin məğlubu” rolunda.

QAZİLER.AZ

Diaspora