ABŞ-dan F-16 şərhi: Türkiyə NATO-nun vacib müttəfiqidir

ABŞ-dan F-16 şərhi:  Türkiyə NATO-nun vacib müttəfiqidir backend

ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays Türkiyəni terrorla mübarizə aparmaq üçün lazım olan avadanlıqlarla təmin etmək istədiklərini söyləyib.

Qaziler.az xəbər verir ki, keçirdiyi mətbuat konfransında Ned Prays terror hücumlarına da işarə edib və ABŞ-ın Türkiyəyə F16-ların satışı ilə bağlı qoyduğu qadağanın aradan qaldırıldığını bildirib. O, sözügedən məhdudiyyətlərin 2023-cü ildə müdafiə büdcəsinin yekun mətnindən çıxarılmasını şərh edərkən deyib.

“Türkiyə NATO-nun əhəmiyyətli müttəfiqi, mühüm təhlükəsizlik tərəfdaşıdır. Heç kim türk müttəfiqlərimiz qədər öz torpaqlarında terror hücumlarına məruz qalmayıb. Müdafiə imkanlarımızı inteqrasiya etmək və Türkiyənin üzləşdiyi böyük təhlükələrlə mübarizə aparmaq üçün müttəfiqimizi lazım olanlarla təmin etməliyik.  

QAZİLER.AZ

Diaspora