Taliban rejimində ilk edam gerçəkləşib

Taliban rejimində ilk edam gerçəkləşib backend

Əfqanıstanda Taliban rejiminin hakimiyyətindən sonra ilk dəfə ölüm hökmü icra edilib.

Qaziler.az xəbər verir ki, Talibanın sözcüsü Zabihullah Mücahid verdiyi açıqlamada edamda yüzlərlə insanın və Kabildən yüksək vəzifəli Taliban rəsmilərinin iştirak etdiyini bildirib.

Mücahid ölüm hökmünün çox diqqətlə qəbul edildiyini və bu qərarı ölkənin yüksək səlahiyyətli məhkəmə və Taliban lideri Molla Hibetullah Axundzadə tərəfindən təsdiqləndiyini deyib.

O, Tacmir adlı cinayətkarın öz əməlini boynuna aldığını açıqlayıb: “Cinayətkar 5 il əvvəl bir nəfəri öldürdüyünü, motosiklet və mobil telefonunu oğurladığını etiraf edib”.

Qeyd edək ki, 1990-cı illərin sonunda Talibanın Əfqanıstanın hakimiyyəti dövründə məhkəmələrdə açıq edam, şallaq və daşqalaq üsullarından istifadə edilirdi.

Xatırladaq ki, Taliban 15 avqust 2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ keçirərək ölkəni idarə etməyə başlayıb.

QAZİLER.AZ

Diaspora