Fransa donanması 21 metrəlik gəmidə əməliyyat keçirdi

Fransa donanması 21 metrəlik gəmidə əməliyyat keçirdi backend

Avropa Birliyi Polis Təşkilatı (Europol) koordinasiyasında Fransa donanmasının həyata keçirdiyi əməliyyat zamanı Braziliya bayrağı altında üzən gəmidə 4,6 ton kokain ələ keçirilib.

Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, noyabrın 30-da keçirilən əməliyyatda kokain 21 metrəlik gəmidə aşkarlanıb.

Məlumatda bildirilib ki, hadisədən sonra Atlantik okeanın hər iki tərəfində fəaliyyət göstərən cinayətkar təşkilatlara qarşı araşdırma başladılıb.

QAZİLER.AZ

Diaspora