İsveçrənin daxili işlər naziri ölkə prezidenti seçildi

İsveçrənin daxili işlər naziri ölkə prezidenti seçildi backend

Hökumətdə Sosial Demokrat Partiyasını (SDPS) təmsil edən İsveçrənin daxili işlər naziri Alen Berse 2023-cü il üçün ölkə prezidenti seçilib.

Seçkilər çərşənbə günü Federal Məclisin (parlament) iki palatasının birgə iclasında baş tutub. Səsvermə prosesi Məclisin mətbuat xidməti tərəfindən onlayn işıqlandırılıb.

Berse nazir vəzifəsi ilə eyni vaxtda 12 ay prezident səlahiyyətlərini icra edəcək. O, 2023-cü il yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq.

Mənbə: TASS

Diaspora