Putin Ukraynada müharibə məqsədlərini təsdiqlədi - Podolyak

Putin Ukraynada müharibə məqsədlərini təsdiqlədi -  Podolyak backend

Ukraynanın Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Rusiya prezidenti Vladimir Putinin işğalçılıq müharibəsindəki məqsədlərini şərh edib.

Qaziler.az xəbər verir ki, bu barədə Podolyak “twitter” səhifəsində qeyd edib.

O, Rusiya Federasiyasının əvvəllər səsləndirdiyi müharibə məqsədlərini unutmağa çağırıb. Çünki Putin artıq əsl məqsədini - Ukraynanın işğalını gizlətmir.

Onun sözlərinə görə, Rusiya yeni ərazilər zəbt etmək üçün soyqırımlı işğalçılıq müharibəsi aparır.

"Maskalar atıldı. NATO təxribatlarını, "denazifikasiyanı" və digər səbəbləri unudun. Putin bütün dünyaya bəlli olanı təsdiqlədi: Rusiya yeni ərazilər zəbt etmək üçün soyqırımlı işğal müharibəsi aparır, çünki I Pyotr belə vəsiyyət edib" - PO rəhbərinin müşaviri qeyd edib

QAZİLER.AZ

Diaspora