Rusiya daha böyük hücuma hazırlaşır - Stoltenberq

Rusiya daha böyük hücuma hazırlaşır - Stoltenberq backend

“İndi gördüyümüz hadisələr Rusiyanın əslində bu müharibəni qısa müddət üçün dondurmağa çalışmasıdır. Bu şəkildə Rusiya gələn yazda daha böyük hücum başlada bilər”.

Qaziler.az xəbər verir ki, bu fikirləri NATO-nun Baş katibi Yens Stoltenberq “Financial Times”a müsahibəsində deyib. O, bütün qış boyu Kiyevə silah tədarükünü davam etdirməyə çağırıb:

“Biz daha çox silah tədarük etməyi düşünürük. Paradoks ondan ibarətdir ki, biz Ukraynanın qalib gəlməsinə imkan verən dinc danışıqlar yolunu nə qədər çox istəsək də, hərbi dəstəyimizi də davam etdirməliyik”.

Yens Stoltenberq müharibənin danışıqlar masasında başa çatacağını xüsusi vurğulayıb:

“Müzakirələrə başlamaq və irəli sürülən şərtləri qəbul etmək üçün vaxt təyin etmək ukraynalıların işidir. Böyük ehtimalla bu savaş müzakirə masasında başa çatacaq. Hazırda müzakirələr üçün şərtlər mövcud deyil. Çünki Rusiya Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edən danışıqlarda iştiraka səy göstərmir”.

QAZİLER.AZ

Diaspora