Türkiyədə partiya sədri bıçaqlandı - FOTO

Türkiyədə partiya sədri bıçaqlandı - FOTO backend

Türkiyənin “Yenilik Partiyası”nın sədri Öztürk Yılmaz qərargaha qonaq kimi daxil olan şəxs tərəfindən bıçaqlanıb.

Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, Öztürk Yılmaz ofisə daxil olan 35 yaşlı şəxsdən nə içəcəyini soruşub. Bu zaman həmin şəxs partiya sədrinə bıçaqla hücum edib.

ÜÇ yerindən bıçaqlanan Öztürk Yılmazın çoxlu qan itirdiyi qeyd edilib. Bildirilib ki, hücum edən şəxs Öztürk Yılmazın boğazını kəsmək istəyib. Lakin ofisdə olan partiya yoldaşlarının köməyi ilə dərhal hadisəyə müdaxilə olunub.

İlkin məlumata görə, partiya sədrinin vəziyyəti qənaətbəxşdir.

QAZİLER.AZ

Diaspora