Dağıstanda din xadimi qətlə yetirilib. APA TV-nin "Vesti.az"a istinadən verdiyi məlumata görə, Xasavyurd rayonunun Kuruş kənd məscidinin imamı ibadətdən evinə qayıdarkən küçənin ortasında öldürülüb.
Onun bir neçə şəxs tərəfindən güllələndiyi deyilir. Hadisə ilə bağlı məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. Polis qatillərin axtarışına başlayıb.