Estoniya ukraynalı qaçqınların yeni dalğasını qəbul edə bilməyəcək - Baş nazir

Estoniya ukraynalı qaçqınların yeni dalğasını qəbul edə bilməyəcək -  Baş nazir backend

Estoniya ukraynalı qaçqınlara əvvəlki səviyyədə kömək edə bilməyəcək, çünki ölkədə artıq mənzil və iş yoxdur.

Qaziler.az bildirir ki, bu barədə RBK-Ukrayna məlumat verib.

Estoniyanın baş naziri Kaya Kallas deyib ki, Ukraynada baş verən son hadisələrə əsasən, tezliklə növbəti qaçqın dalğasının olacağı gözlənilir. O, Finlandiya ilə qaçqınlara yardımın davam etdirilməsinin qeyri-mümkünlüyü ilə bağlı söhbət edib və “finlər daha çox qaçqını qəbul edə biləcəklərini bildiriblər”.

Kallas əlavə edib ki, Estoniya Ukraynada enerji infrastrukturunu bərpa etmək və insanların ölkəni tərk etməməsi üçün şərait yaratmaq üçün Ukraynaya yardım göndərib.

Baş nazir ukraynalılara kömək edən estonlardan qürur duyduğunu bildirib.

 

QAZİLER.AZ

Diaspora