Almaniya Ukraynaya "Patriot" verməkdən imtina etdi

Almaniya Ukraynaya "Patriot" verməkdən imtina etdi backend

Almaniya Ukraynaya "Patriot" zenit-raket kompleksləri verməkdən imtina etdi, onlar Polşada yerləşdiriləcək.

Polşa və Almaniyanın müdafiə nazirləri Mariuş Blaşak və KristinLambrext Polşa ərazisində "Patriot" zenit-raket komplekslərinin yerləşdirilməsi məsələsini müzakirə ediblər ki, bu da onların Ukraynaya verilməsi təklifini rədd etmək deməkdir.

Qaziler.az-ın  bu barədə "Европейская правда"ya istinadən bildirir ki, bunu Polşanın Müdafiə Nazirliyinin rəhbəri danışıqlardan sonra onun nəticələri haqda verdiyi məlumatda bildirib.

"Almaniya Müdafiə Nazirliyinin nümayəndələri ilə söhbətdən sonra Ukraynaya dəstəkdən imtina qərarından məyus oldum. Qərbi Ukraynada "Patriot"un yerləşdirilməsi polyakların və ukraynalıların təhlükəsizliyini artırardı. ”, - o, deyə Twitter-də yazıb.

QAZİLER.AZ

Diaspora