Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub

Rusiya ilə Ukrayna arasında növbəti  əsir mübadiləsi baş tutub backend

Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub və 60 həbçi evlərinə geri qaytarılıb.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidentin Ofisinin rəhbəri Andrey Yermak “telegram” kanalında məlumat verib. Məlumatda geri qaytarılan hərbçilər arasında 15 zabitin və 45 çavuşun olduğu qeyd edilib.

“Daha bir uğurlu əsir mübadiləsi baş tutub. Simvolik olaraq Ukrayna Silahlı Qüvvələri Günündə Silahlı Qüvvələrin, Milli Qvardiyanın, Dövlət Sərhəd Xidmətinin 58-i kişi və ikisi qadın, 15-i zabit və 45-i əsgər və çavuş olmaqla 60 hərbçi evlərinə qayıdıblar. Bu bayram günü ən gözəl xəbərdir, çünki qəhrəmanlar yaşamalıdırlar”, - deyə Andrey Yermak yazıb.

Qeyd edilib ki, 60 nəfərlik siyahıda Mariupolun müdafiəçiləri də var.

QAZİLER.AZ

Diaspora