Türkiyənin Konya şəhərində “Türk ulduzları”ına aid hərbi təyyarə təlim zamanı qəza edib.
Qaziler.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, qəza edən təyyarənin F-5 modeli olduğu məlum olub.
“Türk ulduzları” komandasına məxsus F-5 təyyarəsinin mühərriki quşlarla toqquşma nəticəsində dayanıb və Konyada qəzaya uğrayıb. Təyyarə düşməzdən əvvəl pilot paraşütlə tullanaraq sağ qalmağı bacarıb. Təyyarədən tullanan pilotun sağlamlığı yaxşıdır”, - nazirliyin məlumatında qeyd edilib.
QAZİLER.AZ
