Türkiyə Rusiyanın neft tankerləri üçün boğazları bağladı

Türkiyə Rusiyanın neft tankerləri üçün  boğazları bağladı backend

Rusiya neftinə embarqonun tətbiq edilməsindən sonra Türkiyə sahillərində neft tankerlərinin tıxacı yaranıb.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə “Financial Times”ın məlumat yayıb.

Bildirilir ki, Türkiyə neft daşıyan tankerlərdən Bosfor və Çanaqqala boğazlarından keçmək üçün tam sığorta təminatının olmasını tələb edir.

Məlumata görə, hazırda hər iki tərəfdən boğaz sularında 19 neft tankerindən ibarət tıxac yaranıb. Artıq gəmilərdən biri 6 gündür ki, keçid üçün icazə gözləyir.

Xatırladaq ki, 2022-ci il may ayının sonunda Aİ ölkələrinin liderləri Rusiya neftinin ixracına qadağa qoyulması barədə razılığa gəliblər. 2022-ci il dekabrın 1-dən isə Türkiyə neft daşıyıcılarından Bosfor və Çanaqqala boğazlarından keçərkən sığorta tələb edir.

QAZİLER.AZ

Diaspora