Rusiyanın dekabrın 5-də Ukraynanı hansı raketlərlə vurduğu açıqlanıb

Rusiyanın dekabrın 5-də Ukraynanı hansı raketlərlə vurduğu açıqlanıb backend

Rusiya Ukrayna ərazisinə 70 ədəd X-101, X-555, X-22, X-59, X-31P və “Kalibr” raketləri atıb.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı səhər hesabatında məlumat verib.

Həmçinin Rusiyanın 60-dan çox raketinin Ukrayna Hava Hücumundan müdafiə bölmələri tərəfindən məhv edildiyi bildirilib.

"Son sutka ərzində düşmən Ukraynanın mühüm və mülki infrastruktur obyektlərinə kütləvi raket hücumu həyata keçirib. Vinnitsa, Kiyev, Nikolayev, Odessa və digər vilayətlərdə yaşayış binaları və mühüm infrastruktur obyektləri vurulub", - məlumatda deyilir.

Qeyd edilib ki, Rusiyanın Ukraynada enerji obyektlərinə və kritik infrastruktura raket zərbələri endirməsi təhlükəsi hələ də qalmaqdadır.

QAZİLER.AZ

Diaspora