Kim Çen Indan ağlasığmaz qərar: 3 məktəblini edam etdirdi

Kim Çen Indan ağlasığmaz qərar: 3 məktəblini edam etdirdi backend

Şimali Koreya lideri Kim Çen Inın Cənubi Koreya seriallarına baxan və başqalarına yayan 3 məktəblini edam etdirdiyi bildirilir.

Qaziler.az xəbər verir ki, bu barədə “Yahoo News” Cənubi Koreyanın ən böyük qəzetlərindən biri olan “Chosun İlbo”ya istinadla xəbər verir.

Xəbərdə deyilir ki, Şimali Koreya ilə Çin sərhədinə yaxın olan Hyesan şəhərində yaşayan 3 məktəbli oğlan Cənubi Koreya və ABŞ istehsalı olan serialları izlədikdən sonra onları dostları paylaşarkən saxlanılıblar. Onların dindirildikdən sonra edam edildiyi bildirilib.

Qeyd edilib ki, bundan əvvəl bu əməli törədən şəxslər gənc və yetkinlik yaşına çatmayan şəxslər olduqda edam cəzası tətbiq edilməyib.

Belə ki, daha əvvəl Şimali Koreyada K-pop (Cənubi Koreya pop musiqi janrı) kliplərinə baxan və paylaşan 7 nəfəri də edam edilib.

QAZİLER.AZ

Diaspora