Putin partladılan Krım körpüsündə avtomobil sürdü - FOTO/VİDEO

Putin partladılan Krım körpüsündə avtomobil sürdü - FOTO/VİDEO backend

Rusiya prezidenti Vladimir Putin oktyabr ayında partladılan Krım körpüsünə gedib.

Qaziler.az xəbər verir ki, hadisə yerinə gələn Putin Baş nazirin müavini Marat Xusnulinin hesabatını dinləyib. Daha sonra Putin özü avtomobili idarə edərək körpüdən qarşı tərəfə keçib.

Xatırladaq ki, Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımı Rusiya ilə birləşdirən və Kreç boğazında yerləşən Krım körpüsündə partlayış baş verib. Hadisə zamanı körpünün dəmir yolu xəttinin yanındakı avtomobil yolunda çökmə meydana gəlmişdi. Rusiya partlayışın Ukrayna tərəfindən təşkil edildiyini idda edib. Partlayışdan sonra körpünün təhlükəsizlik tədbirləri gücləndirilib.

QAZİLER.AZ

Diaspora