Monqolustanın paytaxtında fövqəladə vəziyyət elan edilib

Monqolustanın paytaxtında fövqəladə vəziyyət elan edilib backend

Monqolustanın paytaxtı Ulan-Batorda fövqəladə vəziyyət elan edilib.

"Report" Monqolustan KİV-ə istinadən xəbər verir ki, parlament hökumətin Ulan-Batorda fövqəladə vəziyyət elan etmək təşəbbüsünü dəstəkləyib.

Qeyd edək ki, Monqolustanın paytaxtı Ulan-Batorda 3 gündür etiraz aksiyaları keçirilir. Aksiyalar nəticəsində 4-ü hökumət sarayını təhlükəsizlik xidmətinin əməkdaşı omaqla 6 nəfər yaralanıb. Aksiyaların başlamasına səbəb daş kömürün oğurlanaraq Çinə tədarük edilməsi göstərilir. Bildirilib ki, indiyədək 12,9 milyard dollarlıq da kömür oğurlanıb. Etirazçılar bu cinayət əməlində korrupsiyaya bulaşmış məmurları ittiham edirlər.

Diaspora