Rusiyanın Ukraynaya atdığı raketlərdən biri Moldovanın Briçeni şəhərinin yaxınlığına düşüb.
Qaziler.az UNİAN.net-ə istinadla xəbər verir ki, bu barədə Moldova Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, raket şəhərin yaxınlığındakı meyvə bağında Ukraynaya hücumdan sonra ölkənin gücləndirilmiş patrul xidməti və sərhəd polisi tərəfindən aşkarlanıb.
“Raketin tapıldığı ərazi polis və sərhəd naryadları tərəfindən təcrid olunub”, - məlumatda qeyd edilib.
Moldova Daxili İşlər Nazirliyi raketin növü və onun ölkə ərazisinə düşməsiylə bağlı ətraflı məlumat verməyib.
Qeyd edək ki, Briçeni şəhəri Moldovanın şimalında Ukrayna ilə sərhədə yaxın ərazidə yerləşir.
QAZİLER.AZ
