Tacikistanda xüsusi əməliyyat: generalın daha 7 tərəfdarı saxlanılıb, biri isə öldürülüb

Tacikistanda xüsusi əməliyyat: generalın daha 7 tərəfdarı saxlanılıb, biri isə öldürülüb backend

Tacikistanın paytaxtı Düşənbə şəhərindən 40 kilometr şərqdə yerləşən Ramit dərəsində keçirilən xüsusi əməliyyat nəticəsində müdafiə nazirinin keçmiş müavini general Abdulhalim Nazarzodun daha 7 tərəfdarı saxlanılıb, biri isə öldürülüb. Beləliklə də generalın həbs olunan tərəfdarlarının sayı 72 nəfərə çatıb.


AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyinin nümayəndəsi öldürülən şəxsin saxlanılarkən müqavimət göstərdiyini deyib. Əməliyyat nəticəsində yaraqlılardan 8 avtomat silah, xeyli miqdarda patron və digər döyüş sursatı götürülüb.

Sentyabrın 9-da müstəqillik günü ilə əlaqədar paytaxtda və başqa şəhərlərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Xatırladaq ki, ötən cümə günü yaraqlıların Düşənbə və Vaxdad şəhərlərində bir neçə milis postuna hücumu nəticəsində Daxili İşlər Nazirliyinin 9 əməkdaşı həlak olmuşdu.
Diaspora