Almaniyadakı ukraynalıları niyə cərimələyirlər?

Almaniyadakı ukraynalıları niyə cərimələyirlər? backend

Almaniyadakı ukraynalıları yüzlərlə avro cərimələyirlər. 

Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, qaçqın kimi Almaniyaya gedən ukraynalıları yol hərəkəti qaydalarını pozduqlarına görə cəzalandırmağa başlayacaqlar.

RBK-Ukrayna-nın məlumatına görə söhbət maşınlarını düzgün park edə bilməyən ukraynalılardan olan çoxsaylı şikayətlərdən gedir.

"Almaniyadakı ukraynalı sürücülər yol hərəkəti qaydalarını pozmamağa çağırılır, çünki yerli sakinlərdən şikayətlər gəlməyə başlayıb".

Məlumata görə, keçən həftə Hamburqda evakuatorlar Ukrayna nömrəli ilk avtomobilləri yedəkləyiblər.

Nəzərdə tutulan cərimələrdən bir neçəsini təqdim edirik:

yaşayış məntəqələrində sürət həddini 15 km/saata qədər aşmaq – 50 avro;

yaşayış məntəqələrində sürət həddini 20 km/saata qədər aşmaq - 70 avro;

icazə verilən sürəti 40 km / saatdan çox aşmaq - 400 avro;

yanğınsöndürən maşınlar üçün zolaqda parkovka, təcili yardım üçün keçidin məhdudlaşdırılması - 100 avro və s.

QAZİLER.AZ

Diaspora