Qırğızıstan və Tacikistan sərhədində yerli sakinlər arasında münaqişə baş verib

Qırğızıstan və Tacikistan sərhədində yerli sakinlər arasında münaqişə baş verib backend

Qırğızıstan və Tacikistan sərhədində yerli sakinlər arasında münaqişə baş verib, Qırğızıstan vətəndaşı havaya üç xəbərdarlıq atəşi açıb.

“Report” xəbər verir ki, bu barədə “İnterfaks” Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, Tacikistan vətəndaşları Somonien (Tacikistan- Red) kəndindən keçərək Daxma kəndinə doğru hərəkət edən qırğızlara qarşı nalayiq ifadələr işlədib. Nəticədə onlar arasında dava düşüb.

“Münaqişənin genişlənməsinin qarşısını almaq üçün Qırğızıstan vətəndaşı ov silahından istifadə edərək havaya 3 dəfə xəbərdarlıq atəşi açıb. Hadisənin baş vermə səbəblərini aydınlaşdırmaq üçün hazırda Qırğızıstan və Tacikistanın Batken və İsfara bölmələri üzrə sərhəd nümayəndələri səviyyəsində görüş keçirilir”, - xidmətdən bildirilib.

Bu arada Tacikistan tərəfi bir nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib.

loading...
Diaspora