Nikolenko: Ukrayna səfirliklərinə içindən heyvan gözü çıxan zərflər göndərilir

Nikolenko: Ukrayna səfirliklərinə içindən heyvan gözü çıxan zərflər göndərilir backend

Ukrayna XİN sözcüsü Oleq Nikolenko ölkəsinin xaricdəki səfirlik və konsulluqlarına içərisindən heyvan gözləri çıxan zərflərin göndərildiyini bildirib.

Qaziler.az xəbər verir ki, nazirliyin mətbuat rəhbəri bu barədə səfirliklərin mühafizəsi haqda danışarkən deyib.

Nikolenko bildirib ki, İspaniyadakı bombalı hücumdan sonra ölkəsinin Macarıstan, Niderland, Polşa, Xorvatiya və İtaliyadakı səfirlikləri, Napoli (İtaliya), Krakov (Polşa) və Brnodakı (Çex Respublikası) konsulluğuna qana bənzəyən mayedə saxlanılan, xüsusi rəngi və qoxusu olan paketlərdə heyvan gözləri göndərilib. 

O bu vasitəylə Ukraynanı qorxutmağa və mesaj verməyə çalışdıqlarını deyib. 

QAZİLER.AZ

Diaspora