Baydenlə görüşərəm, amma Ukraynadan çəkilən deyiləm - Putin

Baydenlə görüşərəm, amma Ukraynadan çəkilən deyiləm - Putin backend

Kremlin sözçüsü Dmitriy Peskov Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Jo Baydenlə müzakirələrə açıq olduğunu, lakin Rusiya ordusunun Ukraynadan çıxmayacağını bildirib.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, bu barədə Peskov jurnalistlərə açıqlamasında deyib.

Peskov Baydenin Putinlə görüşmək üçün Rusiyanın Ukraynadan çıxmasıyla bağlı dediyi sözləri xatırladıb:

“Xüsusi əməliyyatlar davam edir. Bununla yanaşı Putin bütün təmas və müzakirələrə açıqdır və davam edəcək. Maraqlarımıza nail olmaq üçün ən çox üstünlük verdiyimiz vasitə dinc diplomatik yollardır”, - deyən Peskov Rusiya ordusunun Ukraynadan çıxmağa hazırlaşmadığını qeyd edib.

ABŞ-nin Rusiyanın yeni torpaqlalrını hələ də tanımadığını və bunun qarşılıqlı müzakirəsini çətinləşdirdiyini qeyd edən Peskov Putinin ölkəsinin maraqları üçün hər zaman müzakirələrə açıq olduğunu vurğulayıb:

“Xüsusi əməliyyatlardan əvvəl Putin ABŞ, NATO və ATƏT ilə hazırlanmış sənədlər üzərində müzakirələri başlatmağa çalışdı. Lakin hələ də bu cəhdlərimiz cavabsız qalmaqdadır”, - Peskov deyib.

QAZİLER.AZ