Türkiyədə 7 nəfərin əsgər olmaq arzusu belə reallaşdı - FOTO/VİDEO

Türkiyədə 7 nəfərin əsgər olmaq arzusu belə reallaşdı - FOTO/VİDEO backend

Ağrıda 7 əlilin əsgər olmaq arzusu bir günlük “Təmsilçi Hərbi Xidmət” çərçivəsində reallaşıb.

Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, şəhərin Ümüd Qayğı Mərkəzinin fiziki məhdudiyyətli 7 üzvü qısa təlimdən sonra hərbi geyim geyinərək andiçmə tədbirinə qatılıblar.

Əlillər Dövlət Himnini oxuyub and içiblər. Daha sonra komandirlər tərəfindən onlara tərxis olunma haqqında şəhadətnamə verilib.

Xatirə şəkli çəkdirəndən sonra evlərinə yola salınan 7 əlil şəxsə geyindikləri hərbi geyimlər hədiyyə edilib.

QAZİLER.AZ

Diaspora