Macarıstan Aİ-nin Ukraynaya kömək etməsini İSTƏMİR

Macarıstan Aİ-nin Ukraynaya kömək etməsini  İSTƏMİR backend

“Avropa Birliyinin əməkdaşlıq edən ölkələr birliyindən borclu dövlətlər birliyinə çevrilməsini istəmirik”.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban ölkənin dövlət radiosuna həftəlik çıxışı zamanı deyib.

O, danışığında birliyə üzv ölkələrin ikitərəfli razılaşma əsasında Ukraynaya kömək etmək ideyasını müdafiə etdiyini, buna görə də Ukraynaya 18 milyard avroluq yardım paketini rədd etməyə davam edəcəyini bildirib.

Viktor Orban Rusiyaya tətbiq edilən sanksiyaların təsirsiz olduğunu xüsusi vurğulayıb:

“Müharibənin əvvəlində sanksiyaların münaqişəni sonlandıracağı, ya da savaşın tez bitməsinə kömək edəcəyi iddia edilirdi. Lakin bunların heç biri bizi bir qarış da olsa məqsədlərə yaxınlaşdırmadı", - deyə macar Baş nazir bildirib.

Qeyd edək ki, noyabrın 9-da Aİ Komissiyası Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya 2023-cü il üçün 18 milyard avroluq yardım paketi təklif edib.

QAZİLER.AZ

Diaspora