Putinlə Şolts arasında telefon danışığı: Ukrayna ilə müharibə müzakirə edilib

Putinlə Şolts arasında telefon danışığı: Ukrayna ilə müharibə müzakirə edilib backend

Kreml Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı haqda məlumat verib.

Qaziler.az bildirir ki, bu barədə eurointegration.com.ua məlumat yayıb.

Kremldən bildirilib ki, telefon danışığı Almaniya tərəfinin təşəbbüsü ilə baş tutub.

Qeyd edilir ki, danışığın əsas mövzusu Ukraynadakı müharibə olub. "Putin Şoltsa Rusiya ordusunun Ukraynanın infrastrukturuna zərbə endirilməsinin səbəbinii deyib və Berlini “Ukrayna hadisələri kontekstində” yanaşmalarına yenidən baxmağa çağırıb".

Putin həmçinin “Şimal axını” qaz kəmərlərində partlayışların Rusiya strukturlarının iştirakı ilə şəffaf araşdırılmasını tələb edib.

Putin və Şolts "taxıl sazişi"ni də müzakirə ediblər.

QAZİLER.AZ

 

Diaspora