Avropa ABŞ olmadan güclü deyil - Finlandiyanın baş naziri

Avropa ABŞ olmadan güclü deyil - Finlandiyanın baş naziri backend

Finlandiyanın baş naziri Sanna Marin hesab edir ki, Avropa ABŞ-ın köməyi olmadan “kifayət qədər güclü deyil”. Ona görə də Ukrayna müharibəsindən sonra Avropa müdafiə potensialını gücləndirməlidir.

Qaziler.az bildirir ki, bunu RBK-Ukrayna Thr Guardian-a istinadən xəbər verir.

"Mən sizə səmimi deyirəm, Avropa kifayət qədər güclü deyil. Birləşmiş Ştatlar olmasaydı, bizim problemimiz olardı" - deyə baş nazir bildirib.

Finlandiyanın baş naziri müharibədə qalib gəlmək üçün Ukraynaya lazımi dəstəyin verilməsinə çağırıb.

QAZİLER.AZ

 

Diaspora