"Barış pınarı" bölgəsinə hücuma hazırlaşan daha iki PKK/YPG terrorçusu zərərsizləşdirilib.
Qaziler.az bildirir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.
Milli Müdafiə Nazirliyi (MSB) Suriyanın şimalındakı "Barış pınarı" bölgəsində aşkarlanan 2 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.
Nazirlikdən verilən açıqlamada: "Terrorçu haradadırsa, hədəf oradır! Suriyanın şimalında "Barış pınarı" bölgəsində aşkarlanan 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Terror və terrorçularla mübarizəmiz effektiv və qətiyyətlə davam edəcək!" - deyilir.
QAZİLER.AZ