Şahzadə Uilyamın xaç anası rasizmdə günahlandırılaraq Bukenqem sarayı tərk etməyə məcbur edilib.
Mərhum Kraliça II Yelizavetanın köməkçisi və Şahzadə Uilyamın xaç anası olan xanım Syuzan Hassi rasizmdə günahlandırılaraq Bukingem sarayını tərk etmək məcburiyyətində qalıb.
Qaziler.az bildirir ki, bu barədə The Guardian məlumat yayıb.
Noyabrın 29-da Bukingem sarayında kraliça-konsort Kamillanın ev sahibliyi ilə qadınlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş ziyafət keçirilib. Qonaqlardan biri Sistah Space xeyriyyə təşkilatının icraçı direktoru Nqozi Fulani iolub.
Fulaninin dediyinə görə, qəbul zamanı Hassi ona yaxınlaşaraq yaxasındakı nişanın üzərində yazılan adı görmək üçün saçlarını düzəldib və sonra onun keçmişi ilə maraqlanmağa başlayıb. Qadın cavab verib ki, o, İngiltərədə doğulub böyüyüb, lakin freylina xanım israrla onun əcdadlarının haradan olduğunu soruşmağa davam edib. "Mən görürəm ki, haradan gəldiyini söyləmək asan olmayacaq" - Hassi belə deyib.
Nəticədə Fulani bildirib ki, onun uzaq əcdadları Afrikadan, valideynləri Karib sahillərindəndir, özü isə milliyyətcə ingilisdir. O, saray xanımının bu hərəkətinə çox hiddətlənib. “Bu, tək bir şəxs deyil. Bu, institusional irqçilikdir. Bu xoşagəlməz hadisə onu göstərir ki, heç nə dəyişməyib”- deyə o, bildirib.
Hassi istefa verməyə məcbur olub. Bukingem Sarayı isə baş verənlərdən təəssüfləndiyini bildirib. Fulani baş verən hadisəni müzakirə etmək üçün saraya dəvət edilib.
QAZİLER.AZ