Yens Stoltenberq: "Rusiyanı zəif bilməyin!"

Yens Stoltenberq:  "Rusiyanı zəif bilməyin!" backend

“Rusiyanı zəif bilməməliyik! Rusiyaya məxsus raket və pilotsuz təyyarələr Ukrayna şəhərlərinə, sakinlərə və vacib infrastruktura hücum etməkdədir”.

Qaziler.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Berlin Təhlükəsizlik Konfransının ikinci günündə çıxış edərkən deyib. O, Rusiya-Ukrayna müharibəsində Ukraynanın itkilərlə yanaşı göndərilən silahlar sayəsində qazanclar da əldə etdiyini vurğulayıb.

Daha sonra Stoltenberq bu müharibədə Avropanın sadəcə pulla, Ukraynanın isə qanla bədəl ödədiyini qeyd edib: “Avtoritar rejimlər gücün mükafatlandırıldığını görürsə, hamımız daha çox əvəz ödəyəcəyik. Dünya hər birimiz üçün daha təhlükəli bir yer olacaq”, - Stoltenberq deyib.

QAZİLER.AZ

Diaspora