Suriya və İraqın şimalında anti-terror əməliyyatlarına başlayan Türkiyənin yaxın zamanda quru əməliyyatlarına başlayacağı PKK/YPG-li terrorçuları narahat etməyə başlayıb.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, döyüş təyyarələri və PUA-larla hücumdan sonra Türkiyəyə məxsus tankların da sərhəddi keçməyə hazırlaşması terrorçuları ABŞ və Rusiyadan kömək istəməyə məcbur edib
Artıq neçə gündür ki, Suriyanın şimalında 900 əsgəri olan ABŞ Türkiyədən tankları ilə sərhəddi keçməməsini istəyir.
PKK/YPG-li terrorçuların yaxın təmasda olduğu digər ölkə isə Rusiyadır. Məlum olub ki, Bəşər Əsədin bir nömrəli dəstəkçisi olan Rusiya Silahlı Qüvvələrinin komandanı Hasekedə YPG-li Mazlum Abdi ilə gizlin görüşüb. Görüşdə rusiyalı komandan əməliyyatı dayandırmaq üçün Suriya ordu birliklərini Türkiyə sərhəddinə yerləşdirməyi təklif edib.
Belə ki, artıq Suriya İnsan Haqları Müşahidə Qrupunun verdiyi məlumata görə, rus əsgərləri Türkiyə sərhədində yerləşən Kobaniyə çatıb.
Qeyd edək ki, ABŞ tərəfindən maliyyələşən və silahla təmin edilən terrorçuların başçısı Mazlum Abdi ABŞdan sonra Türkiyəyə qarşı Rusiyadan kömək istəyib.
QAZİLER.AZ