Ukrayna prezidenti Volodimir Zelenski fevralın 24-də başlayan müharibənin qarşıdakı aylarda bitəcəyini söyləyib.
Qaziler.az xəbər verir ki, o bu barədə ölkə vətəndaşlarına gündəlik görüntülü müraciəti zamanı deyib.
“Müharibə biz qalib gələndə və ya Rusiya Federasiyası istədiyi zaman bitəcək. Rusiya isə müharibəni zəif olduğunu, təcrid edildiyini və bu məsələdə ortağının olmadığını hiss edəndə dayandırmaq istəyə bilər. Gəlin inanaq ki, müharibə yaxın bir neçə ay ərzində bitəcək”, - deyə Zelenski qeyd edib.
QAZİLER.AZ