Noyabrın 23-də Türkiyənin Düzcə şəhərində yaşanan zəlzələ ilə bağlı İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu bölgəyə səfər edib.
Qaziler.az İHA-ya istinadla xəbər verir ki, səfər zamanı vətəndaşlardan birinin rekasiyası diqqət çəkib.
Belə ki, hadisədən 7 gün sonra fəlakətdən zərər görənlərlə görüşən Əkrəm İmamoğlu çadırlarda qalanları ziyarət edib. Bu zaman qarşılaşdığı qadının yanaqlarına toxunmaq istəyərkən qarşı tərəfdən sərt reaksiya gəlib.
Qadın bələdiyyə sədrinə: “Məni əlləmə, zəlzələ bitib”, - deyə arxasınca qışqırıb. Əkrəm İmamoğlu isə “Olsun” deyərək yoluna davam edib.
QAZİLER.AZ